17 Sentyabr 2014 20:21
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada tikilən "Mistral" tipli ikinci aviadaşıyıcı bu il suya buraxılacaq.

Teleqraf.com-un “İtar-Tass”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov bildirib. O deyib ki, ikinci gəmidə işlər plana uyğun olaraq aparılır.

Borisov Fransa tərəfindən müqaviləni pozmaq üçün Rusiyaya rəsmi məlumat daxil olmadığını da qeyd edib: “Əgər konkret müqavilənin şərtlərini pozulmasını istəsəydi, Fransa xəbərdarlıq edərdi. Hələ ki bizə belə məlumat daxil olmayıb”.

Üçüncü və dördüncü aviadaşıyıcının Fransadan sifariş edilməsi barədə danışan nazir müavini qeyd edib ki, hələlik bunun haqqında konkret nəsə demək olmaz: “İlk gəmini aldıqdan sonra onun faydalarını araşdıracağıq. Əgər münasib olsa, belə bir təklif mümkündü”.

Xatırladaq ki, 2011-ci ilin iyununda imzalanmış, dəyəri 1,12 milyard avro olan müqaviləyə əsasən "Vladivostok" adlı “Mistral” tipli ilk gəmi 2013-cü il oktyabr ayında dənizə çıxıb. "Sevastopol" adlı ikinci gəmi isə 2015-ci ildə istifadəyə verilməli idi.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər