1 Noyabr 2019 10:50
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və İran Yaxın Şərq bölgəsinin təhlükəsizliyi və sabitliyi üçün təhdiddir”.

Teleqraf.com xəbər verir ki, bunu yunan həmkarı Nikos Dendiasla görüşündə İsrailin xarici işlər naziri Yisrael Katz deyib.

Katz İranın Hizbullah, Həmas terror təşkilatları və nüvə proqramı ilə təhdid vəziyyəti yaratdığı halda, Türkiyənin Suriyadakı anti-terror əməliyyatlarının sabitliyi pozduğunu bildirib.

Nikos Dendias da Türkiyənin Suriyadakı anti-terror əməliyyatlarını kəskin sözlərlə pisləyib.

“Türkiyənin təhqiredici davranışları bölgədə sabitliyi və təhlükəsizliyi pozur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər