5 Noyabr 2019 11:16
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cinayətkarlardan qisas almaq hissimiz olmasa da, baş verənləri heç olmasa, bir an unutmağı bacarmırıq. Bu təcrübənin xatırlanması və yaddaş bizi “bir daha heç vaxt” prinsipinə riayət etməyə məcbur edir. Şəhidlik həqiqəti bu qəddar soyqırım qurbanlarının qanında var: bir tərəfdə erməni soyqırımı, digər tərəfdə yunan soyqırımı”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistana səfərdən əvvəl Yunanıstan Prezidenti Prokopis Pavlopulos deyib.

Dövlət başçısı ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməni dəstəklədiyini bildirib:

“Yunanıstanın 1996-cı ildə erməni soyqırımını tanıdığı və 2014-cü ildə inkar edilməsini cinayət saydığı məlumdur. Biz yunanlar ABŞ Konqresinin erməni soyqırımı ilə bağlı son qətnaməsini alqışlayırıq”.

Prokopis Pavlupulos İrəvana bu gün gələcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər