5 Noyabr 2019 14:40
2 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun Fransadakı çıxışını “axmaqlıq” adlandıran daxili işlər naziri Süleyman Soylu növbəti dəfə bu haqda danışıb.

Teleqraf.com xəbər verir ki, nazir İmamoğlunun Avropaya gedərək, Türkiyəni şikayət etdiyini bildirib.

“Bizim hökumət olaraq məsuliyyətimiz var. Bu insanlar niyə Rəsulyфn və Təl Abyada toplaşıb? Uşaq kimi oyun oynamağa gəliblər? PYD və PKK bölgədə terror dəhlizi qurub. Gedib 3-5 PKK köpəyinə ölkəni təslim edək? Dediyim hər sözün arxasındayam”, - Soylu vurğulayıb.

Daxili işlər naziri Əkrəm İmamoğlunu terrorçu bələdiyyə sədrlərinə dəstək verməkdə ittiham edib:

“Avropaya gedib Türkiyəni şikayət etmək və terrorçu kimi vəzifələrindən uzaqlaşdırılan bələdiyyə sədrlərini müdafiə etmək doğrudursa, onda mən İmamoğlundan üzr istəyirəm. Belədirsə, bu vəzifədə qalmağımın da bir mənası yoxdur”.

Qeyd edək ki, Əkrəm İmamoğlu Fransa səfərində Türkiyə hakimiyyəti əleyhinə kəskin ifadələr səsləndirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər