5 Noyabr 2019 16:56
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və İran hakimiyyətləri əməkdaşlığı bütün sahələr üzərə inkişaf etdirmək üçün daha çox səy göstərməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu İran parlamentinin spikeri Əli Laricani Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynovla görüşdə deyib.

Laricanı tərəflər arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün potensialın olduğuna diqqət çəkib:

“Mövcud şəraitdə iqtisadi, siyasi, mədəni və sosial sahələrdə genişləndirilmiş əməkdaşlığa zəmin yaradılır. Beləliklə, ölkələrimizin hakimiyyəti bu potensialı aktivləşdirmək üçün daha çox səy göstərməlidir”.

İranlı spiker, həmçinin iqtisadi sahədə, xüsusən kənd təsərrüfatı, şəhərsalma və nəqliyyat sahələrində əməkdaşlıq üçün potensialın yaradılmasının zəruriliyini qeyd edib.

Azərbaycan səfiri öz növbəsində Azərbaycan-İran münasibətlərinin tarixi xarakter daşıdığını və rəsmi Bakının hər zaman iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafını dəstəklədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu