6 Noyabr 2019 18:14
2 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti ötən həftə Konqresdə Türkiyə əleyhinə qəbul edilən qanun layihələrinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, “Blomberq” agentliyinə danışan bir departament rəsmisi Prezident Donald Trampın bu qətnamələrin əleyhinə olduğunu bildirib.

Məlumatda qeyd edilib ki, Tramp administrasiyası Türkiyə-ABŞ münasibətlərinin qırılması ehtimalından narahat olmağa başlayıb:

“Tramp hökuməti qanun layihələrinin Türkiyə ilə əlaqələri qoparmasından narahatdır. Bu addımlar NATO-dakı ən önəmli müttəfiqimizlə əlaqələrimizə son qoya bilər”.

Amerikalı rəsmi Donald Trampın qondarma erməni soyqırımı və digər qətnamələrə veto qoyacağı haqda məlumat verməsə də dolayı yolla bunun mümkünlüyünə diqqət çəkib:

“Erməni soyqırımı layihəsinin qəbul edilməsi pis vaxta düşdü. Bu, hüquqi sənəddən çox cəzalandırma vasitəsinə oxşayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər