Avstraliya polisi Sidney və Brisbane şəhərlərində “İraq-Şam İslam Dövləti” (İŞİD) təşkilatı ilə bağlı ən böyük terror əməliyyatı çərçivəsində 25 evə basqın edib.
Teleqraf.com Anadolu agentliyinə istinadən məlumat verir ki, 800 polisin birgə keçirdiyi əməliyyatlarda Sidneydə 16 nəfər saxlanılıb, bir nəfər haqqında həbs qərarı çıxarılıb.
Brisbanedəki əməliyyatlarda isə saxlanılan olmayıb. Avstraliya polisi həbs olunan şəxsin 22 yaşlı əfqan mənşəli Omarjan Azari olduğunu açıqlayıb. Arazi səhvən tutulduğunu və heç bir günahının olmadığını deyib.
Polis rəsmiləri əməliyyat keçirilən evlərdə araşdırmaların davam etdiyini açıqlayıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.