ABŞ Prezidenti Donald Tramp baş prokuror Uilyam Barrdan xüsusi bir mətbuat konfransı keçirməyi və Ağ Evin başçısı ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığında qanun pozuntularının olmadığını açıq şəkildə bildirməyi istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, sentyabrın 25-də ABŞ və Ukrayna liderləri arasındakı söhbətin transkriptinin dərc edildiyi zaman Ədliyyə Nazirliyinə müvafiq sorğu göndərilib.
Barr Trampın yaxın adamlarına tələbi yerinə yetirməkdən imtina edib. Buna baxmayaraq, mənbənin qəzetə dediyi kimi, baş prokurorla prezident yaxşı münasibətdədir.
Sentyabr ayında ABŞ-da Tramp və Zelenski arasında baş tutan telefon danışığı ətrafında böyük bir qalmaqal yaşandı. Bu, Konqresdəki Demokratların Trampın impiçmentini elan etməsinə səbəb oldu. Trampın əleyhdarlarına görə, zəng zamanı Zelenskini Kiyevə maddi və hərbi yardım qarşılığında keçmiş vitse-prezident Co Bayden oğlu Hanter Baydenin Ukraynadakı fəaliyyəti ilə əlaqədar istintaqa başlamağa inandırmağa çalışıb.
Ağ Ev ABŞ və Ukrayna liderləri arasındakı söhbətin transkriptini ortaya çıxartdı, məlum oldu ki, Tramp Hanter Baydenlə bağlı Zelenskidən istintaq aparmaq istəmir.