Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan macarıstanlı həmkarı Viktor Orbanla ortaq mətbuat konfransında jurnalistin noyabrın 13-də ABŞ-a gözlənilən səfərlə bağlı sualına maraqlı cavab verib.
“Doğulmamış uşağa paltar biçilməz. Hər şeydən əvvəl görüşdə ikitərəfli əlaqələrimiz başda olmaqla regional məsələlərdən danışacağıq. Xüsusilə, S-400 və F-35 mövzusu müzakirə olunacaq”, deyə, Ərdoğan bildirib.