Belçikanın federal Flamand bölgəsindən olan siyasətçilər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, Flamand parlamentinin bir qrup üzvü “səfər” çərçivəsində Qarabağdakı separatçıların başçısı Bako Saakyanla görüşüb.
Görüşdə Flamand icması ilə işğal bölgəsindəki separatçılar arasında münasibətlər müzakirə olunub.
Flamand Belçikanın üç federal bölgəsindən biridir. 1993-cü ildə bölgənin bütün konstitusion idarəetmə səlahiyyəti Flamand Komitəsinə verilib.
Bölgədə yaşayanlar Belkiça hökumətindən müstəqillik tələb edir.