Vyetnamda təbii fəlakət qurbanlarının sayı 11 nəfərə çatıb.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, ölkənin şimalında baş verən hadisələr nəticədə 13 nəfər də yaralanıb.
Vyetnam Milli Axtarış və Xilasetmə komitəsindən verilən xəbərdə bildirilir ki, çərşənbə günü Lanq Son şəhərində 2 ayrı torpaq sürüşməsində 8 nəfər ölüb, 6 nəfər də yaralanıb. Oxşar hadisə Dong Dang yaşayış mətəqəsində də meydana gəlib ki, burada ölənlər arasında 5 aylıq körpə də var. Eyni şəhərdə 9 yaşlı bir qız uşağının da sel sularında can verdiyi bildirilib.
Qasırğa və güclü yağış Quang Ninh şəhərində 3 balıqçı gəmisinin batmasına səbəb olub. Hadisə nəticəsində 6 ev uçub, 145 evin damına ciddi zərər dəyib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.