14 Noyabr 2019 16:39
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur futbolçusu Arda Turan “Başakşəhər” futbol komandası ilə yollarını ayıracaq.

Teleqraf.com xəbər verir ki, buna səbəb Arda Turanın son zamanlar zəif oyun göstərməsi olub.

Belə ki, ilin sonunda müqavilə vaxtı bitən futbolçu ilə yenidən müqavilə bağlanmayacaq.

“Başakşəhər “də 14 nömrəli forma geyinən futbolçu 2,5 illik müqaviləyə qol çəkib.

İllik maaşı isə 4 milyon avro təşkil edib.

Arda Turan “Başakşəhər”də ən yüksək ödəniş təqdim edilən futbolçudur.

Qeyd edək ki, Arda Turan 2015-ci ildə 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçib.


Müəllif: Rəqsanə Həsənova