15 Noyabr 2019 18:25
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz yəhudi düşməni deyilik. İsrailin yer üzündən silinməsi ilə bağlı səsləndirdiyimiz fikirlər o deməkdir ki, müsəlman, yəhudi və xristian olmasından asılı olmayaraq, Fələstin xalqı öz müqəddəratını özü təyin etməli, Netanyahu kimi canini o torpaqlardan yox etməlidir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xameneyi deyib.

Onun fikrincə, müsəlman ölkələr bir-biri ilə müharibə etməməli, bir-birinin ərazisinə təcavüz etməməlidir.

Xamneyi, həmçinin ölkəsinin Fələstinə dəstək verdiyini və bunu davam etdirəcəyini bildirib:

“Biz Fələstinin müstəqilliyini istəyirik. Biz İsrail rejiminin məhv olmasını, onun əvəzində bölgədə yaşayan fələstinlilərin öz müqəddəratlarını təyin etməsini istəyirik. Bu, bizim təməl və prinsipial mövqeyimizdir. Bu hadisə mütləq baş verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər