18 Noyabr 2019 14:24
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin baş hərbi müfəttişi Movses Akopyan, onun birinci müavini Kamo Koçunts və müavini Vaçaqan Nersisyanı vəzifələrindən azad edib.

Teleqraf.com xəbər verir ki, istefalar bu qurumun ləğvi ilə əlaqədardır.

Qərara görə, ləğv olunan qurum Müdafiə Nazirliyinin tərkibində yenidən formalaşdırılacaq.

General Movses Akopyan və müavinlərinin yeni quruma təyinat alacağı gözlənilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər