Qara dənizdə başlayan hərbi təlimlərə 10-dan çox gəmi və aviasiya cəlb olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Qara dəniz donanmasının mətbuat xidməti məlumat yayıb.
“Qara dəniz donanmasının ondan çox gəmisi Sevastopol və Novorossiyskdəki baza məntəqələrini tərk edərək raket və artilleriya atışları üzrə birgə təlimlərdə iştirak etmək üçün dənizə daxil olub”, – deyə məlumatda bildirilir.
Təlimlərdə “Admiral Essen” freqatı, “Vışnıy Voloçyok” kiçik raket gəmisi, “Azov” böyük desant gəmisi, “Turbinist”, “Kovrovets” dəniz mina gəmiləri və donanmanın köməkçi gəmiləri iştirak edir.
Manevrlərdə Su-30SM qırıcıları da iştirak edəcək.