“Serj Sərkisyan heç vaxt və heç bir bəhanə ilə Nikol Paşinyanla ünsiyyət qurmayıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın ofisi məlumat yayıb.
Qeyd olunub ki, zaman-zaman bəzi KİV-lər Serj Sərkisyan və Nikol Paşinyan arasında müəyyən dövrdə təmaslar barədə əsassız və yanlış məlumatlar yayılır:
“Serj Sarkisyan istefa müddətində, istefa verdikdən sonra və ya başqa bir dövrdə yuxarıda adı çəkilən şəxslə birbaşa və ya dolayı əlaqə yaratmadığını rəsmi olaraq bəyan edir”.
Bildirilib ki, yeganə istisna keçən ilin aprelin 22-də Sərkisyan və Paşinyan arasında bir neçə dəqiqə davam edən görüşdür. Həmin görüşdə Sərkisyanın devrilməsi ilə yadda qalan kütləvi etiraz aksiyaları müzakirə olunub.
Serj Sərkisyan bu görüşdən bir gün sonra - aprelin 23-də baş nazir seçilməsinə qarşı etirazlar ərəfəsində istefa verib. Xüsusi müraciətdə Sərkisyan etiraf edib ki, həmin görüşdə bu vəziyyətdən bir neçə çıxış yolunun olduğunu bildirib və yeganə çıxış yolunun isə vəzifədən getmək olduğunu Paşinyanın diqqətinə çatdırıb.