Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftarın silahlıları İtaliyaya məxsus pilotsuz uçuş aparatını yerə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Mismari məlumat yayıb.
Mismari İtaliya hökumətindən PUA-nın öz hava məkanına girməsi ilə əlaqədar açıqlama gözlədiklərini bəyan edib.
Xatırladaq ki, İtaliyaya məxsus təyyarə Tripolidən 90 km uzaqlıqda yerləşən Terhune şəhəri yaxınlığında vurulub.