22 Noyabr 2019 14:09
2 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Yol Polisi rəisinin müavini Artur Tonoyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Komitəsi məlumat yayıb.

Cinayət istintaqı zamanı Tonoyanı vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham etmək üçün kifayət qədər sübutlar əldə edilib.

O, Ermənistanda fəaliyyət göstərən özəl şirkətlərdən şahtaj və təhdid yolu ilə maddi vəsait mənimsəmədə günahlandırılıb.

Tonoyan barəsində həbs qətimkan tədbiri seçilib.

Artur Tonoyan 2016-cı ildə Yol Polisi rəisinin müavini təyin edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər