22 Noyabr 2019 15:07
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviya polisi öldürülən etirazçıların cənazəsini almaq üçün mitinqə müdaxilə edib.

Teleqraf.com xəbər verir ki, polis tabutları daşıyan aksiyanı dağıtmaq məqsədilə gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Etirazçılar polisin tətbiq etdiyi gücün qarşısında müqavimət göstərə bilməyib. Tabutları qoyaraq qaçmağa başlayıblar.

Qeyd edək ki, iki gün əvvəl polis aksiyanı dağıdan zaman 8 mülki şəxs güllə yarasından ölüb. Faktı ölkə ombudsmanı təsdiqləyib.


Müəllif: Cavad

Oxşar xəbərlər