İstanbulda əylənmək üçün barlardan birinə gedən şəxs sifarişi gec gətirdiyi üçün iki ofisiantı bıçaqlayıb.
Teleqraf.com xəbər verir ki, Bəylikdüzündə yerləşən barda çoxlu spirtli içki qəbul edən müştəri gərginlik yaratmağa başlayıb.
Bar mühafizəsi içkili şəxsə xəbərdarlıq etsələr də, müştəri sifarişlərin gec gəldiyindən şikayətlənib. Mühafizə ondan barı tərk etməyi tələb edib, amma o, buna məhəl qoymayıb.
Çölə çıxan şübhəli bir müddət sonra yenidən bara qayıdıb və işçilərə hücum çəkib. Əlbəyaxa dava barın çölündə davam edib və qanla bitib. Sərxoş şəxs avtomobilindən bıçaq götürüb, iki ofisiantı bıçaqlayaraq hadisə yerindən qaçıb. Baş verənlər təhlükəsizlik kamerasına anbaan çəkilib.
Barda dava əsnasında bəzi müştərilərin rahat davranışları diqqət çəkib. Bəzi şəxslər hadisəni mobil telefonuna çəksə də, bəziləri isə əhəmiyyət verməyərək dostları ilə söhbətləşib əylənməyə davam edib.