26 Noyabr 2019 09:05
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviyanın müvəqqəti hökumətinin daxili işlər naziri Arturo Murillo “The Guardian”a verdiyi müsahibədə devrilən prezident Eva Moralesin Boliviya şəhərlərinin mühasirəyə alınması ilə bağlı tərəfdarlarına verdiyi iddia edilən göstərişin terrorizm və qiyama çağırış olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin başçısı məqalədə qeyd olunduğu kimi, keçmiş dövlət başçısının ömürlük həbsə məhkum olunacağına söz verib. Nazir keçmiş prezidenti ölkədə anti-hökumət nümayişlərinin təşkilində ittiham edib, onun sözlərinə görə bu addım terrorizm kimi kvalifikasiya edilə bilər.

Murillonun sözlərinə görə, Moralesin belə bir göstəriş verdiyinə dair səs yazısı ehtimal olunan cinayətlərin tam sübutudur. Eyni zamanda nazir səs yazısının həqiqiliyinə 200 faiz əmin olduğunu vurğulayıb.

“Bu terrora və üsyana çağırışdır. Biz maksimum cəza – 30 il həbs cəzası istəyirik. İstənilən terrorçu ömrünün qalan hissəsini həbsxanada keçirməlidir – istənilən terrorçu: istər Evo Morales olsun, istərsə də digər şəxs. Məsələ keçmiş prezident, ağdərili, qaradərili və ya kəndli olmaqda deyil. Əslində isə eks-prezident olmağı daha da pisdir. Eks-prezident ikiqat cəza almalıdır, çünki xalq öz prezidentinə etimad göstərib”.


Müəllif: Səxavət

Oxşar xəbərlər