28 Noyabr 2019 16:51
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi ABŞ-dan gələn müfəttişlərə “Avanqard” döyüş blokunu nümayiş etdirib. Rəsmi Moskva bununla Strateji Hücum Silahlarına dair Müqavilənin müddətini uzatmaq istədiyini nümayiş etdirib, lakin ABŞ hələ də susur.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da dərc olunan “Newsweek” nəşrində bildirilib.

Qeyd olunur ki, Rusiya hərbçiləri ABŞ-ın rəsmi şəxslərinə hipersəsli nüvə raketini baxmağa icazə veriblər. Moskvanın iddiasına görə, bu silah ABŞ-ın istənilən müdafiə sisteminin hədəfindən yayınmağa, onu dolanaraq keçməyə qadirdir.

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, ABŞ müfəttişləri bu həftə yeni silahı görmək üçün iki günlük səfərlə Rusiyaya gəliblər. Buna bənzər yoxlama 2021-ci ildə başa çatacaq Strateji Hücum Silahlarına dair Müqavilənin müddəalarında nəzərdə tutulub.

Rusiya Prezidenti Vladimir Putin 2019-cu ilədək hərbi hissələrin “Avanqard” hipersəsli sistemlərlə təchiz olunacağını söyləyib. Bu raketlər Putinin 2018-ci ildə Rusiya hərbi gücünü reklam etmək istədiyi zaman açıqladığı futuristik silahlardan biridir.

V.Putinin sözlərinə görə, “Avanqard” döyüş bloku səs sürətindən 20 dəfə daha sürətli bir sürətlə (yəni saniyədə 1,6 kilometr və ya 1 mil) uçuş edə bilir və buna görə də mövcud raketdən müdafiə sistemlərini dəf edə bilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər