29 Noyabr 2019 11:27
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 48 nəfərə çatdı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Koha Jone” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.

Nazirliyin məlumatına görə, 790 nəfər yaralanıb.

Daha əvvəl 40 itkinin olduğu bildirildi.

Noyabrın 26-na keçən gecə paytaxt Tirananın yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Hadisədən sonra Albaniyanın Baş naziri Edi Rama Tirana və Durres şəhərlərində fövqəladə vəziyyət rejimi elan edib və Dövlət Bayrağı Günü münasibətilə təntənəli mərasimi təxirə salıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər