Fransada təşkil olunan hərracda avstriyalı bəstəkar Volfqanq Amadey Motsartın uşaqlıq dönəminə aid portret 4 milyon avroya satılıb.
Teleqraf.com xəbər verir ki, Motsartın 1770-ci ildə 13 yaşında çəkilən rəsmi Parisdəki hərracda satışa təqdim edilib.
Əsərin yeni sahibinin kimliyi isə açıqlanmayıb.
Portret bəstəkarın İtaliyada verdiyi konsert zamanı rəssam Cambettino Çinyaroli tərəfindən çəkilib.