Rəsmi Kreml Rusiya Prezidenti Vladimir Putinin gözlənilən Türkiyə səfəri zamanı “Türk Axını” təbii qaz boru xəttinin açılış mərasimində iştirak edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, prezidentin köməkçisi Dmitri Peskov səfərin 2020-ci il yanvar ayının birinci yarısında baş tutacağını söyləyib.
"Putin və Ərdoğanın son zamanlar telefon danışıqları zamanı yanvarın əvvəlində “Türk Axını” layihəsinin açılışını birlikdə etmək barədə
niyyətlərini bildirdilər", - deyə Peskov bildirib.