İraq Kürdüstan bölgəsinin lideri Məsud Bərzani Kobaninin İŞİD-dən azad edilməsi üçün beynəlxalq cəmiyyətə çağırış edib.
Axar.az xəbər verir ki, Bərzani İŞİD-ə qarşı bütün metodlardan istifadə edilməsinin lazım olduğunu bildirib.
Bərzani İŞİD-in şərəf və ləyaqətlərinə təhqir olduğunu deyib:
"İŞİD-in Kobanidə qardaş və bacılarımıza qarşı vəhşicəsinə hücumu bu terror təşkilatının Kürdüstan xalqına nifrətinin və düşmənçiliyinin bir nəticəsidir. Bu hücumlar bütün Kürdüstan xalqını, eyni zamanda şərəf və ləyaqətimizi hədəf alır".
Bütün kürdlərdən aralarındakı çəkişmələri, müzakirələri bir kənara qoymalarını istəyən Bərzani kürdləri Kobani xalqının şərəfini qorumağa çağırıb.