5 Dekabr 2019 16:40
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın Şərqi Azərbaycan vilayətinin potensialı Ermənistanla əlaqələrin inkişafına geniş imkan yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Güney Azərbaycana gələn Ermənistanın İrandakı səfiri Artaş Tumanyan deyib.

O, Güney Azərbaycana səfəri çərçivəsində bu bölgənin qubernatoru ilə görüşüb.

Görüşdə çıxış edən erməni səfir İran və Ermənistan arasındakı iqtisadi münasibətlərdən danışıb:

“Şərqi Azərbaycan böyük potensiala malik ən qabaqcıl əyalətlərdən biridir. Bu vilayətin və ölkənizin imkanları, eləcə də İran və Ermənistan xalqları arasında mövcud olan əlaqələr bizə bütün sahələrdə əlaqələri inkişaf etdirməyə imkan verir”.

Tumanyanın Güney Azərbaycana səfəri və burada səsləndirdiyi fikirlər güneyli milli-mədənli fəalların etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu