6 Dekabr 2019 14:41
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hökuməti kriminal dünyanın nüfuzlu üzvləri ilə üz-üzə qalıb. Hökumət tərəfindən Ermənistan Cinayət Məcəlləsinə edilən düzəlişlərə görə, vətəndaşın cinayət məsuliyyətinə cəlb edilməsi üçün “qanuni oğru” statusu yetərli ola bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, dəyişikliyin edilməsindən sonra “qanuni oğru”lar Ermənistan hakimiyyətinə cavab verməyə qərar verib.

Nəşr qeyd edir ki, bir neçə gün əvvəl Artur Arutyunyan (Artyom Kanevski) tərəfindən qarşılanan bir çox “qanuni oğru” Ermənistana gəlib.

Qəzetin yazdığına görə, kriminal aləmin nümayəndələri Tsaqkadzorda toplanaraq cari işləri müzakirə etmək və xüsusən də Ermənistanda bu yaxınlarda qəbul edilmiş “oğru qanunları”nı dəyişməyin yollarını axtarmaq niyyətindədir.

Qeyd olunur ki, “oğru qanunları”nda bir sıra şifrəli bəndlər artıq dəyişdirilib. Əvvəllər “qanuni oğru” nüfuzuna xələl gətirməmək üçün hüquq mühafizə orqanlarının nümayəndəsi tərəfindən soruşulanda “oğru” olduğu təsdiqlənməli idi. Yeni qaydalar görə isə Cinayət Məcəlləsinə edilən dəyişiklikdən sonra buna başqa cavab vermək mümkün olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu