Rusiya Donetskə üçüncü dəfə humanitar yardım göndərib.
Teleqraf.com-un tenta.ru-a istinadən verdiyi xəbərə görə, karvan təxminən 200 avtomobildən ibarətdir. Humanitar yardıma generatorlar, su, ərzaq məhsulları daxildir. Bu dəfə Rusiya tərəfi əsas diqqəti dərmanlara yönəldib.
Təxminən 30 maşın humanitar konvoyun Rostov vilayətindən Rusiyanın Ukrayna ilə keçid məntəqəsində sərhədi keçib.
Qeyd edək ki, Rusiya tərəfi yüklərin baxışı üçün dəfələrlə Qırmızı Xaç Beynəlxalq komitəsinin nümayəndələri və ukrayna gömrükçülərini dəvət edirib, amma onlar səbəbi izah etmədən rədd cavabı veriblər.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.