14 Dekabr 2019 15:42
585

Sudanda korrupsiya ittihamı ilə mühakimə olunan keçmiş prezident Ömər əl-Bəşir haqda yekun hökm sabah oxunacaq.

Teleqraf.com xəbər verir ki, devrilmiş prezidentə hökmün oxunmasına saatlar qalmış paytaxt Xartum və bölgələrdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Silahlı Qüvvələr məhkəmənin qərarının ölkədə sabitliyi pozacağından ehtiyat edir.

Silahlı Qüvvələrin mətbuat katibi Əmir Məhəmməd əl-Həsən paytaxtın bütün nöqtələrinə təhlükəsizlik kameralarının yerləşdirildiyini, bütün strateji əhəmiyyətli yolların ordu tərəfindən bağlanıldığını açıqlayıb.

Ordunun təhlükəsizlik tədbirlərini artırması qərarı Xartum məhkəməsinin bir neçə ay əvvəl devrilmiş prezident haqda ölüm hökmü verəcəyi iddiasının yayılmasına yol açıb.


Müəllif: Mənsur Rəğbətoğlu