İŞİD-lə savaşmaq üçün Türkiyədən 300 nəfər Suriyanın Kobani şəhərinə yollanıb.
Axar.az xəbər verir ki, dünən axşam saatlarında sərhədi keçən 300 nəfər "Xalq Müdafiə Qüvvələri"nə qoşulub.
Suruçda bir araya gələn səlahiyyətli nümayəndələr isə kürdlərə İŞİD-lə mübarizədə dəstək olmağın vacibliyini vurğulayıblar. Mardin şəhərinin bələdiyyə sədri Əhməd Türk İŞİD-ə qarşı savaşan tək gücün kürdlər olduğunu, ancaq bu davanın Türkiyə başda olmaqla Yaxın Şərq bölgəsinə zərər verdiyini bildirib.