21 Sentyabr 2014 15:28
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada "Vostok-2014" adlı genişmiqyaslı hərbi təlimlər zamanı ilk dəfə olaraq, "İsgəndər-M" raket kompleksinin sınağı keçirilib.

Vostok hərbi dairəsində baş tutan sınaq zamanı "İsgəndər-M" əməliyyat-taktika kompleksinin raketləri uğurla buraxılıb.

"İsgəndər-M" raketləri yüksək manevretmə qabiliyyətinə malikdir və 20 dəqiqəyə döyüşə hazır vəziyyətə gətirilir. Raket bir neçə yüz kilometr məsafədə yerləşən hədəfləri 30 santimetrədək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

"Vostok-2014" strateji komanda-qərargah təlimləri sentyabrın 25-dək davam edəcək. Təlimlər Rusiyanın Vostok hərbi dairəsinin 20-dən çox quru, dəniz və aviasiya poliqonunda keçirilir. Təlimlərdə 100 minə yaxın hərbçi, 1500 tank, 120-ə yaxın təyyarə, 5000-ə yaxın hərbi və xüsusi texnika və 70-ə yaxın gəmi iştirak edir./anspress/


Müəllif:

Oxşar xəbərlər