22 Sentyabr 2014 00:13
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cihad tərəfdarları Avropanı Balkan yarımadasından dağıtmağa başlayacaqlar.

Axar.az xəbər verir ki, bu iddia ilə İtaliyanın “agensir.it” agentliyi çıxış edib.

Agentlik hazırda İraqda 12 min nəfərin xarici ölkələrdən gələrək İŞİD tərəfdarı kimi vuruşduğunu deyib:

“Bunlardan 150-si Bosniya və Hersoqovinadan, 200 nəfəri isə Kosovadandır. Xüsusi xidmət orqanlarının verdiyi məlumata görə, Balkanlarda təxminən 20 terror təşkilatı könüllülərin toplanıb hazırlanması ilə məşğul olur. ABŞ kəşfiyyatı da Albaniya, Bosniya və Kosovanın İŞİD üçün əsas baza olduğunu təsdiq edir. Sentyabrda Bosniyanın keçirdiyi “Dəməşq” əməliyyatı zamanı bunların bir hissəsi həbs edildi. Kosovanın təxminən 60 yaşayış məntəqəsində həbslər aparıldı. İndi bu şəxslərin geri dönüşünü sadəcə xəyal etmək lazımdır. O zaman nəinki Balkanlar, bütün Avropa silkələnəcək”.


Müəllif:

Oxşar xəbərlər