Mariupol yaxınlığında Ukrayna ordusunun mövqeləri raket atəşinə tutulub.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, raket hücumunun ardından Ukrayna kəşfiyyatçıları rəqibin mövqelərinə yaxınlaışıb.
Ukraynalı jurnalist Andrey Tsaplienko Facebook səhifəsində kəşfiyyatçıların rusların üç tankını vurduğunu yazıb.
"Ukrayna ordusunun mövqelərinin "Qrad"la atəşə tutulmasından sonra kəşfiyyatçılar reyd keçirib və üç Rusiya tankını vurub. Hərbi dildə bu asimmetrik cavab adlanır", - jurnalist qeyd edib.
Nihad