22 Sentyabr 2014 13:12
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Qərbi “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizəyə görə İrana qarşı təzyiqi azaltmamağa çağırıb.

Teleqraf.com-un ia.ru-ya istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib. O deyib ki, İrana nüvə dövləti kimi inkişaf etməyə imkan vermək olmaz.

Netanyahu əlavə edib ki, koalisiya öz maraqları xatirinə İŞİD ilə mübarizə aparırlar: “Onlar islam dünyasına rəhbərlik üstündə mübarizə aparırlar. Bu absurddu”.

Netanyahu İranla "altılıq" arasında danışıqlarda əldə olunacaq razılaşmanı "tarixi səhv" adlandırıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər