2 Yanvar 2020 16:35
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı tələbə, siyasi fəal Yaşar Darülşəfa Tehranın Evin həbsxanasından azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, siyasi fəal ötən il dekabrın 1-də İran polisi tərəfindən Tehranda saxlanılmışdı.

Qəzvin sakini olan azərbaycanlı tələbə Tehran Reabilitasiya Elmləri Universitetində doktorantura pilləsində təhsil alır.

Yaşarın qardaşı Kavə Darülşəfa da noyabrın 25-də Tehranda polis tərəfindən saxlanılıb. Darülşəfanının hansı səbəbdən və harada saxlanıldığı məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər