“Suriyanın İdlib bölgəsində 250 min qaçqın Türkiyəyə doğru hərəkət edir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan ərəb dövlətlərini Türkiyə əleyhinə addım atmaqda ittiham edib:
“İdlibdən 250 min qaçqın sərhədlərimizə doğru hərəkət etməyə başlayıb. Buna qarşı tədbirlər görməyə çalışırıq. Ərəb Liqası isə utanmadan bizə qarşı qərarlar verir.
Bizim ölkədə qəbul etdiyimiz qaçqınların əksəriyyəti ərəbdir. Bəzi ölkələrin dərdləri başqadır”.