2 Yanvar 2020 14:27
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın İraqdakı səfirliyinə basqın əmrini İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Qüds Briqadalarının komandanı, general Qasım Süleymani verib”.

Teleqraf.com xəbər verir ki, bu barədə İraqın yerli media qurumları məlumat yayıb.

İddiaya görə, səfirliyin binasına basqınını Qasım Süleymaninin əmri ilə “Əshaib Əhl Əlhaq” qruplaşmasının lideri Qeys əl-Həzali və “Bədir koalisiyası”nın lideri Hadi əl-Əmiri həyata keçirib.

Bazar günü Həşdi Şabi qüvvələrini hədəf alan hücumda İraqda iranlı generala ən yaxın simalardan olan 45-ci Bölüyün komandanı Əbu Əli Həzali də öldürülüb. Həzalinin qətlinin Qasım Süleymaninin təlimatı olduğu iddia edilib.

Məlumatda basqından az əvvəl Tehrandan Bağdada 10 sərnişin təyyarəsinin gəldiyinə də diqqət çəkilib.

Səfirliyə hücum edənlər binanın divarlarına “Qasım Süleymani liderimdir” şüarını yazıblar.

Dekabrın 31-də ABŞ-ın İraqdakı səfirliyi qarşısında başlayan kütləvi etirazların bu gün dayandırıldığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər