Rusiyanın Yaponiya sərhədindəki Saxalin adaları sahilində keçirilən hərbi təlimdə 3 dəniz desantı həyatını itirib.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib.
Məlumatda deyilir ki, təlim zamanı Vostok-2014 adlı zirehli maşının suda batması nəticəsində maşında olan 10 əsgərdən 3-ü həlak olub.
Nazirlik 7 əsgərin sudan sahilə çıxarıldığı, sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu bildirib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.