6 Yanvar 2020 10:37
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası bu həftə ölkə prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlar məsələsindəki səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni müzakirə edəcək.

Bunu Nümayəndələr Palatasının sədri Nensi Pelosi Demokratlar Partiyasından olan konqresmenlərə göndərdiyi məktubda bildirib.

“ABŞ prezidentinin İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmaq üçün bu həftə Nümayəndələr Palatası hərbi səlahiyyətlər haqqında qətnamə təqdim edəcək və səsvermə keçirəcək. Bu qətnamə Senatda Tim Keyn tərəfindən təqdim edilənə bənzərdir. Qətnamə qanunvericilər tərəfindən növbəti addımların olmadığı təqdirdə administrasiyanın İrana qarşı atdığı hərbi əməliyyatların 30 gün ərzində dayandırılmasını tələb edərək, Konqresin çoxdan müəyyən edilmiş nəzarət öhdəliklərini təsdiq edir”, - N.Pelosi vurğulayıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər