“Minlərlə məsum insan və hərbçinin ölümünə yol açan əməliyyatlarda baş rolda oynadığına görə, Qasım Süleymaninin ölümünə ağlamayacağıq”.
Teleqraf.com xəbər verir ki, bunu İngiltərə Baş naziri Boris Conson deyib.
Conson bir neçə gün əvvəl İraqda öldürülən iranlı generalın İngiltərə və müttəfiqlərinin bölgədəki maraqlarını təhdid etdiyini vurğulayıb:
“General Qasım Süleymani maraqlarımızı təhdid edirdi, bölgədə dağıdıcı və sabitliyi pozan proseslərdən məsuliyyət daşıyırdı”.
Baş nazir İranın qisas çağırışlarının bölgədə dağıdıcı proseslərə yol açacağını qeyd edib.