23 Sentyabr 2014 08:54
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terrorçu qruplaşmasından Qərb ölkələrinə qarşı daha bir təhdid səslənib. Radikal qruplaşma üzvlərindən olan Əbu Məhəmməd əl-Adnani internetdə yayılan səsyazısında Amerika Birləşmiş Ştatları, Fransa və digər ölkələrə qarşı döyüşməyə hazır olduqlarını bəyan edib.

Əl-Adnani tərəfdarlarını anti-terror kaolisiyasına qoşulan istənilən ölkədə Allaha inanmayanları istənilən vasitə ilə cəzalandırmağa çağırıb.

Çağırışa ilk reaksiya Fransadan gəlib. Ölkənin daxil işlər naziri Bernar Kaznöv qeyd edib ki, Fransa bu cür təhlükələrə qarşı hazır olduğu üçün heç bir narahatlıq keçirmir.

“Son bir neçə ayda ölkənin təhlükəsizlik qüvvələri İraq və Suriyada fəaliyyət gösətərən terrorçu qruplaşmalarla əlaqədar yaranan risklərin qarşısını almaq üçün səfərbər olub” - deyə Kaznöv bildirib.

Ötən həftə Fransa hərbi qüvvələri İraqda İŞİD silahlılarının mövqelərinə aviazərbələr endirmək üçün Amerika Birləşmiş Ştatları ilə birgə koalisiyaya qoşulmuşdu. Lakin prezident Fransua Oland Fransa quru qoşunlarının İraqa müdaxilə edəcəyi ehtimalını təkzib etmişdi.


Müəllif:

Oxşar xəbərlər