8 Yanvar 2020 07:00
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İraqdakı hərbi hava bazası raket zərbələrinə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News Arabiya” telekanalı məlumat yayıb.

İraqın güc strukturlarından bildirilib ki, hadisə ölkənin qərbində baş verib. ABŞ hərbi qulluqçularının yerləşdiyi “Ayn əl-Asad” bazasına 9 raket atılıb.

Öz növbəsində Birləşmiş Ştatlar da məlumatı təsdiqləyib. Pentaqondakı məmur "Reuters"ə açıqlamasında bazanın hücuma məruz qaldığını bildirib. Hələlik ölənlər və ya yaralananlar, habelə dağıntılar barədə məlumat yoxdur.

ABC telekanalı isə amerikalı məmura istinadən bildirib ki, ABŞ-ın İraqdakı bazasına zərbə İran ərazisindən endirilib.

CNN İraqın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən bildirib ki, raket zərbəsi nəticəsinə bir neçə nəfər yaralanıb. Onların İraq vətəndaşları olduqları bildirilir. Mənbə zərbə nəticəsində ölənlərin olub-olmadığını açıqlamayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər