ABŞ hərbçiləri Suriyanın şimal-şərqində İraq istiqamətində yerləşən iki bazanı tərk edib.
Teleqraf.com xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, hərbi texnikanın yükləndiyi 40-a yaxın yük maşını Hasek əyalətindəki Xorab-Ceyr bazasını İraqla sərhədə doğru tərk edib. Eyni zamanda Şəddadi şəhərindəki bazadan hərbi texnikanın yükləndiyi 50 yük maşını İraqla sərhəddəki Əl-Vəlid sərhəd-buraxılış məntəqəsinə doğru yola düşüb.