12 Yanvar 2020 10:07
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Ukrayna vətəndaşlarının ailələrinə 200 min qrivna (8400 dollara yaxın) məbləğində təzminat ödəniləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk məlumat verib.

O bildirib ki, Ukrayna dövləti həlak olanların ailələrinə hərtərəfli dəstək, kömək, o cümlədən maddi və hüquqi yardım göstərəcək. Ukrayna diplomatları İran tərəfindən təzminatın ödənilməsi üçün danışıqlar aparır.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanılmaz səhv” adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər