ABŞ Prezidenti Donald Tramp iranlı generalı Qasım Sülymanini ABŞ səfirliyinə hücum planları səbəbindən öldürüldüyünü elan edib. Lakin ABŞ-ın müdafiə naziri Esper səfirliyə hücum planlaşdırıldığına dair bir dəlil görmədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, CBS kanalına danışan Mark Esper kəşfiyyat rəsmilərindən gələn və İranın ABŞ-ın 4 səfirliyinə hücum planlandığına dair qəti bir dəlilin olmadığını bildirib.
Respublikaçı senator Maykl Li isə bildirib ki, təhlükəsizlik rəsmiləri və Trampın İranla əlaqəli Konqresə təqdim etdiyi informasiyaların gerçək olmasına şübhə ilə yanaşır: “Bizə izahat verildi. Mən bilgiləri verənlərə və prezidentə inanıram. Ola biləcək hücum üçün əsaslara sahib olunduğuna şübhə etmirəm. Amma bunun deyilməsi və arxasındakı detalların verilməməsi əhvalı pozur”.
Xatırladaq ki, Prezident Tramp Qasım Süleymaninin öldürülməsinə səbəb olaraq İranın ABŞ səfirliklərinə istiqamətli hücum planları hazırlamasını göstərib. O, bildirib ki, İraqdakı ABŞ səfirliyi daxil olmaqla 4 səfirliyə hücum riski olub.