14 Yanvar 2020 10:54
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ev həbsində olan müxalifət liderlərindən biri Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi hakimiyyət əleyhinə keçirilən aksiyalara dəstək vermək ittihamı ilə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumatda müxalifət liderinin oğlunun təhlükəsizlik orqanları tərəfindən saxlanıldığı bildirilib.

İranda 2009-cu ildə keçirilən prezident seçkisinin nəticələrinə etiraz edən namizədlərdən biri Mehdi Kərrubi, Mir Hüseyn Musəvi və həyat yoldaşı Zəhra Rəhnəvərd seçkidən sonra başlayan kütləvi nümayişlərə dəstək vermək ittihamı ilə ev həbsinə məhkum edilmişdi.

Ölkənin islahatçı kəsimi müxalifət liderlərinin hələ də məhkəmənin qərarı olmadan ev həbsində saxlanılmasını qanunsuz hesab edir.

Əlavə edək ki, yanvarın 11-də İran və Güney Azərbaycanın iri şəhərlərində hakimiyyət əleyhinə başlayan aksiyalar davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər