14 Yanvar 2020 14:36
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın atəşkəs haqqında sazişini imzalamadan Moskvanı tərk etməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qiyamçı generalın bu addımını pisləyib:

“Haftar bu cür davam edərsə, Berlin prosesinin bir mənası qalmayacaq”.

Qeyd edək ki, ötən gün Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri ayrı-ayrılıqda Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs sazişinin imzalanması ilə bağlı danışıqlar aparıblar. Marşal Xəlifə Haftar isə atəşkəs haqqında sazişi imzalamadan Moskvanı tərk edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər