15 Yanvar 2020 15:34
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəs Xəlifə Haftarın atəşkəs sazişini imzalayacağını gözləyir, amma “atəşkəs” anlayışı Liviya zehniyyəti üçün axmaqlıqdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib.

Ekspert qiyamçı general Haftarın Liviya Milli Sülh Hökumətinin Baş naziri Fəyaz Sərracla eyni toplantıda iştirak etməsinin qeyri-adi hal olduğunu bildirib: “Haftarın Moskvaya gəlişi Rusiyanın Yaxın Şərqdə fantasmaqorik təsirlərindən irəli gəlir. Haftarın Sərracın olduğu yerə gedəcəyini düşünmürdüm.

Hər kəsin öz lideri olduğu bir bölgədə normal ünsiyyətdən danışmağı yaddan çıxarmaq lazımdır. Bu bölgədə hər kəsə təsir göstərmək çox çətindir, bu, “mütləq anarxist” olan liviyalılara da aiddir”.

Satanovski qeyd edib ki, Liviyada atəşkəs sazişi imzalansa belə, vəziyyəti düzəltmək mümkün olmayacaq: “Hər kəsi bir-biri ilə razılığa gətirmək düşüncəsi də axmaqlıqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər