17 Yanvar 2020 13:56
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Aleksandr Vulıx Rusiyanın yeni baş naziri Mixail Mişustinin məşhur rus sənətçisi Qriqori Lepsin “Kül” mahnısına musiqi bəstələdiyini “RİA-Novosti”yə təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl “Vedomosti” qəzeti iki mənbəyə istinadən Mişustinin Q.Lepsin “Əsl qadın” və “Kül” kompozisiyasına musiqi yazdığını bildirmişdi.

“Şeirlər mənim tərəfimdən, musiqi Mişustin tərəfindən yazılıb, bütün məlumatlar Rusiya Müəlliflər Cəmiyyətində var”, – deyə A.Vulıx bildirib.

Yeni baş nazirin həqiqətən də musiqinin müəllifi olub-olmaması barədə suala cavabında şair “Bəli” cavabını verib.


Müəllif: Səxavət